Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib - FOTO

Avropa İttifaqı (Aİ) və Azərbaycan "Tərəfdaşlıq Prioritetləri" sənədinin mətnini ilkin olaraq yekunlaşdırıb. Milli.Az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib. Bildirilib ki, yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib. "Bizim əsas fokusumuz daha güclü dialoq, bağlantı və iqtisadi əməkdaşlıqdır", - paylaşımda qeyd olunub. Milli.Az