İrəvanda mitinqdə Azərbaycan dilində dialoq səsləndirildi - VİDEO

Rusiyalı oliqarx Samvel Karapetyanın İrəvanda keçirilən mitinqində Azərbaycan dilində səs yazıları səsləndirilib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu haqda teleqram kanalları görüntülər paylaşıb. Belə ki, onun tərəfdaşları revanşist əhval-ruhiyyəni qızışdırmaq üçün Azərbaycan dilində səs yazıları səsləndirərək iştirakçıları "Azərbaycan təhlükəsi" ilə qorxutmağa başlayıblar. Səs yazısında İrəvana gedib erməni mənzilində məskunlaşan azərbaycanlı ailə təsvir edilib. Milli.Az