DÇ-2026: Türkiyə millisinin oyun təqvimi

2026-cı il dünya çempionatının final mərhələsində iştirak edəcək Türkiyə millisi D qrupunda yarıışacaq. Milli.Az xəbər verir ki, "ay-ulduzlular"ın rəqibi ABŞ, Paraqvay və Avstraliya milliləri olacaq. Türklər qrup mərhələsində oyunlarını Kanada və ABŞ-da yerləşən üç müxtəlif stadionda keçirəcəklər. Türkiyə millisinin DÇ-2026-dakı oyun cədvəli: 14 iyun 08:00. Avstraliya - Türkiyə 20 iyun 07:00. Türkiyə - Paraqvay 26 iyun 06:00. Türkiyə - ABŞ Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib. (qol.az) Milli.Az