Sammitə görə Fransaya gedəcək
ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək G7 sammitində iştirak edəcəyini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, o bu barədə “Truth Social” sosial media platformasında yazıb. “Mən Fransada keçiriləcək G7 sammitinə gedəcəm”, - o bildirib. Qeyd edək ki, Fransanın sədrliyi ilə keçiriləcək G7 sammiti iyunun 15-17-də Fransanın Evian-le-Ben şəhərində keçiriləcək.

Şərh verin