"Elit star" Cəmilə niyə efirlərdən "yoxa çıxıb"?

Müğənni Cəmilə qatıldığı "Öz aramızda" proqramında son vaxtlar efirlərdə az görünməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib. Milli.Az-ın məlumatına görə, ifaçı haqqında səsləndirilən köçməsi və ya səhhətində problem yaranması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Cəmilə qeyd edib ki, efirlərdən uzaq qalmasının əsas səbəbi şəxsi işləri və yaradıcılıq planları ilə bağlı olub. Onun sözlərinə görə, bu müddətdə yeni klip çəkilişləri ilə məşğul olub və bir sıra layihələrə vaxt ayırıb. Müğənni həmçinin xarici ölkədə istirahətdə olduğunu və yaxın zamanda geri qayıtdığını da vurğulayıb. Sənətçi gələcək planlarından da söz açaraq uzunmüddətli perspektivdə xaricdə yaşamaq istədiyini etiraf edib. "Hazırda belə bir addım atmamışam. Amma təxminən 10 ildən sonra xarici ölkəyə köçərək orada yaşamaq planım var", - deyə ifaçı bildirib. Cəmilənin açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub. Musa Milli.Az