Polşada helikopter qəzaya uğradı, pilot öldü
Polşanın cənubunda "Robinson R44 Raven" helikopteri qəzaya uğrayıb. Milli.Az xəbər verir ki, hadisə nəticəsində 30 yaşlı pilot həyatını itirib. "Axtarış qrupu helikopterin qalıqlarını sıx meşəlik ərazidə tapıb. Təəssüf ki, 30 yaşlı pilot həlak olub", - deyə polisdən verilən məlumatda bildirilib. Qəzaya pis hava şəraitinin səbəb olduğu ehtimal edilir. Hadisənin səbəbləri araşdırılır. Milli.Az

Şərh verin