Bu qəpikdən kim gətirsə, 66 min alacaq

Türkiyədə TBMM-nin yaradılmasının 50 illiyi münasibətilə zərb edilmiş 25 lirəlik gümüş xatirə sikkəsi 66 min 500 lirəyə satışa çıxarılıb. Milli.Az xəbər verir ki, kolleksiyaçılar arasında maraq doğuran sikkənin yüksək qiymətinin səbəbi üzərindəki Atatürk portretindəki istehsal qüsurudur. Belə səhv zərb edilmiş nümunələr numizmatika bazarında daha dəyərli hesab olunur.Məlumata görə, bu sikkədən ümumilikdə 23 min ədəd hazırlanıb. Mütəxəssislər bildirirlər ki, nadir qüsurlu sikkələr zamanla adi nümunələrdən xeyli baha qiymətə alınıb-satıla bilər. Fidan Milli.Az