“Belə insanlarla əlaqəni kəsmək lazımdır”

Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yas mərasimlərində yaranan incikliklərə münasibət bildirib. Milli.Az Yeni Sabah-a istinadən xəbər verir ki, o, hüzr sahibinə qarşı küskünlük nümayiş etdirən insanları tənqid edib. X.Hidayətqızı paylaşımında bu fikirləri səsləndirib: "Yas məclisində yas sahibindən küsən insanlarla münasibəti tamamilə kəsmək lazımdır". Qeyd edək ki, aparıcı son illərdə həm anasını, həm də atasını itirib. Milli.Az