BARZA Collection Tural Möyüfovun ilk fərdi sərgisi olan HÜDUD-u təqdim edir

Barza Collection Müasir İncəsənət Muzeyinin / MoMA Baku-nun dəstəyi ilə azərbaycanlı rəssam Tural Möyüfovun ilk fərdi sərgisi olan "HÜDUD"u tədim edir. Sərginin kuratoru Barza Collection-un təsisçisi Samirə Səfi olacaq. Layihə 10-23 iyun 2026-cı iltarixlərində Müasir İncəsənət Muzeyində / MoMA Baku-da keçiriləcək. Bu barədə təşkilatçılar məlumat veriblər. "HÜDUD" sərgisi sərhəd anlayışına müraciət edir - bu anlayış sabit bir xətt kimi deyil, formanın dayanıqlığını itirdiyi və eyni zamanda yeni güc qazandığı bir vəziyyət kimi təqdim olunur. Yeni əsərlər silsiləsində Möyüfov bədəni gərginlik, keçid və rəssamlıq transformasiyası məkanı kimi araşdırır. Rəssamın əsərlərində insan fiquru tanınma ilə dağılma, bədənlə abstraksiya, daxili impulsla plastik forma arasında mövcud olur. Burada deformasiya dağıdıcı bir jest deyil, formanın sərhədlərini və öz mövcudluğunu qoruma qabiliyyətini yoxlama üsulu kimi çıxış edir. "HÜDUD" fiqur və abstraksiya arasındakı sərhəd, bədənin bədii axtarış materialı kimi dərk edilməsi və daim dəyişən forma haqqında sərgidir. İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.