Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında final oyununu keçirib. Milli.Az-ın məlumatına görə, Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. "Tipos Arena"da keçirilən qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub. Qeyd edək ki, bu, minifutbol üzrə Azərbaycan millisinin 2-ci Avropa çempionluğudur. Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu. Milli.Az

Şərh verin