İspaniya öz meydanında İraqla BACARMADI
İspaniya və İraq arasında keçirilən yoldaşlıq oyunu başa çatıb. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, oyun La Korunyadakı "Abanca-Riazor" stadionunda keçirilib və 1:1 hesabı ilə bitib. Ev sahibi komandanın hücumçusu Ferran Torres 16-cı dəqiqədə hesabı açıb. Qonaq müdafiəçi Merjas Doski 27-ci dəqiqədə bərabərlik qolunu vurub. Hər iki milli komanda 2026-cı il dünya çempionatında iştirak edəcək. İspaniya milli komandası Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) reytinqində ikinci, İraq milli komandası isə 57-ci yerdədir. Milli.Az

Şərh verin