Putin yenidən prezident olacaq? - Özü açıqladı

"Konstitusiya icazə versə də, 2030-cu ildə namizədliyimi irəli sürüb-sürməyəcəyimi demək üçün hələ tezdir". Milli.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. "Sabaha, o biri günə qədər və qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün kifayət qədər sağlamlığımız olub-olmayacağını yalnız Allah bilir", - deyə Rusiya lideri siyasi planları ilə bağlı sualı cavablandırarkən bildirib. Rusiya lideri qeyd edib ki, hazırda ölkənin qarşısında çoxsaylı mühüm və mürəkkəb vəzifələr dayanır. Onun sözlərinə görə, əsas diqqət Rusiyanın gələcəyi naminə həmin problemlərin həllinə yönəldilməlidir. Milli.Az