Bakıda model fotosessiya zamanı gərgin anlar yaşadı - VİDEO

Bakıda fotosessiya etdirən modelin yaşadığı hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Milli.Az xəbər verir ki, yayılan görüntülərdə modelin şəhərin mərkəzi küçələrindən birində foto çəkilişi etdirdiyi zaman ətrafdakı bəzi sakinlərin buna etiraz etdiyi əks olunub. Bildirilir ki, çəkiliş prosesi zamanı tərəflər arasında fikir ayrılığı yaranıb. Kadrlarda bir neçə nəfərin modelə və çəkiliş heyətinə irad bildirdiyi, hətta fotosessiyanın davam etməsinə mane olmağa çalışdığı görünür. Bu isə qısa müddətdə gərgin anların yaşanmasına səbəb olub. Hadisə zamanı tərəflər arasında "söz atışması" da qeydə alınıb. Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər arasında müxtəlif fikirlər səsləndirilib. Bəzi izləyicilər ictimai məkanda keçirilən fotosessiyalara anlayışla yanaşmağın vacib olduğunu qeyd ediblər. Digərləri isə sakinlərin narazılığını haqlı hesab edərək məsələyə fərqli prizmadan yanaşıblar. Müzakirələrə səbəb olan görüntülər qısa müddətdə çoxsaylı baxış toplayaraq diqqət mərkəzinə çevrilib. Musa Milli.Az