“Pi Diddi”nin vəkili indi onu müdafiə edəcək

Tanınmış vəkil Anna Estevao Nyu-York məhkəməsində Venesuelanın keçmiş Prezidenti Nikolas Maduronu müdafiə edəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb. Bildirilir ki, Nyu-Yorkun Cənub Dairəsinin Məhkəməsinə təqdim edilmiş bildirişdə Estevao rəsmən Maduronun müdafiə komandasına daxil olunub. Qeyd edək ki, A.Estevao daha əvvəl insan alverində ittiham olunan “Pi Diddi” ləqəbli məşhur reper Şon Con Kombsun vəkili olub. Həmin məhkəmə prosesi reperə bəraət verilməsi ilə başa çatıb. Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Sabiq Venesuela liderinə qarşı narkoterrorizm və narkotik ticarəti ittihamları irəli sürülüb. Maduronun məhkəmə işi üzrə növbəti dinləmə iyunun 30-u keçiriləcək.