78 yaşlı kişi Nərimanovdakı kafedə öldü

Bakıda kafedə ölüm hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, dünən saat 17 radələrində Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən kafedə Naxçıvan şəhər sakini 1948-ci il təvəllüdlü Zakir Nağı oğlu Mehdiyev qəfil vəfat edib. 78 yaşlı kişinin infarktdan öldüyü bildirilib.