Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskinin ona ünvanlandığı açıq məktub barədə məlumatlandırılıb. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. “Ona məruzə edilib”, - Kreml nümayəndəsi məsələ barədə sualı cavablandırarkən deyib. Xatırladaq ki, ötən gün V.Zelenski rusiyalı həmkarına açıq məktub ünvanlayaraq, müharibəyə son qoymaq üçün birbaşa danışıqlara başlamağı təklif edib .

Şərh verin