Birinci vitse-prezident Mehriban Əliyeva Avropa çempionatında qazandığı qələbə münasibətilə Azərbaycan futzal milli komandasını təbrik edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Azərbaycan futzal milli komandasının Avropa çempionatında qazandığı qələbə münasibətilə paylaşım edib. Milli.Az xəbər verir ki, paylaşımda deyilir: "Avropa çempionatında qələbə qazanması münasibətilə Azərbaycan milli futzal komandasını təbrik edirəm. Milli komandamızın bütün üzvlərinə cansağlığı, güc, enerji, yeni qələbələr və nailiyyətlər arzulayıram!" Milli.Az