Avtoyuma məntəqəsində müştərinin 4 minlik boyunbağısını oğurladı
Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4300 manat dəyərində qızıl boyunbağı oğurlanıb. “Qafqazinfo” xəbər verir ki, Yasamal RPİ-nin 26-cı Polis Şöbəsinin keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Şəhriyar Dəmirov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Şərh verin