Tanınmış idmançının anasına etdiyi sürpriz DİQQƏT ÇƏKDİ - VİDEO

Tanınmış idmançı və aktyor Şükran Soltanov anasının doğum günü münasibətilə hazırladığı sürprizlə gündəmə gəlib. Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında ad günü məclisindən görüntülər paylaşaraq anasına duyğusal sözlər ünvanlayıb. O, anaların hər zaman xüsusi diqqətə layiq olduğunu vurğulayaraq izləyicilərinə maraqlı çağırış edib. Şükran Soltanov paylaşımında, "Ən gözəl güllər analara yaraşır. Yalnız sevgililərinizə deyil, analarınıza da gül hədiyyə edin" fikirlərini səsləndirib. Anasını ad günü münasibətilə təbrik edən aktyor ona olan sevgisini və minnətdarlığını da ifadə edib. Soltanov əldə etdiyi uğurlarda valideynlərinin, xüsusilə də anasının dualarının böyük rol oynadığını bildirib. O, paylaşımında həmçinin bu özəl gündə sevincini bölüşən və tədbirdə iştirak edən hər kəsə təşəkkürünü çatdırıb. Səmimi anların yer aldığı görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər Şükran Soltanovun anasına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək paylaşıma çoxsaylı xoş rəylər yazıblar. Musa Milli.Az