Şair Əşrəf Veysəlli vəfat etdi
Şair Əşrəf Veysəlli vəfat edib. “Qafqazinfo” xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ə. Veysəlli 1938-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndində doğulub. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub.Təhsilini başa vurduqdan sonra Sumqayıtda işləməyə başlayıb, o vaxtdan da bu şəhərdə yaşayıb. Ə.Veysəlli Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Şərh verin