“Ermənistan de-fakto KTMT-nin fəaliyyətində iştirak etmir”

“Ermənistan de-fakto Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmir”. “Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bildirib. “Ermənistan artıq kifayət qədər uzun müddətdir ki, de-fakto KTMT-nin işində iştirak etmir”, - o deyib. Peskov həmçinin Avrasiya İqtisadi İttifaqının İrəvan üçün daha əhəmiyyətli və sərfəli olduğuna əminliyini ifadə edib.