Tanınmış aktyor oğlu tərəfindən qətlə yetirildi - FOTO

"Jumanji", Top Gun və "K-9: İt işi" filmlərindəki rolları ilə tanınan James Handy ABŞ-da qətlə yetirilib. Milli.Az xəbər verir ki, məlumata görə, hadisə aktyorun yaşadığı Tarzana məhəlləsində baş verib. Ceyms Hendi evinin həyətində çoxsaylı bıçaq xəsarətləri ilə aşkarlanıb. Hadisə yerinə gələn tibb işçiləri ona ilkin yardım göstərsələr də, aktyorun həyatını xilas etmək mümkün olmayıb. İstintaq çərçivəsində aktyorun sevgilisinin 44 yaşlı oğlu Michael Gledhill saxlanılıb. Bildirilir ki, o, hadisədən sonra polisə zəng edərək bir nəfəri öldürdüyünü etiraf edib və daha sonra hüquq-mühafizə orqanlarına təslim olub. Qeyd edək ki, Ceyms Hendi kino və televiziya sahəsində uzun illər fəaliyyət göstərib. O, Top Gun: Maverick filmində barmen Cimmi, Arachnophobia filmində Milton Briqqs obrazlarını canlandırıb. Aktyor həmçinin Jumanji, Logan və bir sıra məşhur televiziya layihələrində rol alıb. Fidan Milli.Az