Zeynəb Cavadlı saxlanıldı - FOTO
Xəbər verdiyimiz ki, Dubayın hakim ailəsinin üzvü olan şeyx Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı gimnast Zeynəb Cavadlının və üç övladının Dubay polisi tərəfindən qaçırıldığı iddia edilmişdi. Milli.Az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə isə Zeynəb Cavadlı keçmiş əri tərəfindən edilən şikayət əsasında saxlanılıb. Dubay Prokurorluğunun məlumatına əsasən, onun keçmiş əri iddia edir ki, qadın məhkəmə tərəfindən icazə verilən görüş zamanı övladlarını qaçırıb. Məlumata əsasən, tərəflər arasında uşaqların kimdə qalması ilə bağlı uzun müddətdir davam edən hüquqi mübahisə mövcuddur və hər iki tərəf bir-birini ittiham edir. Cavadlının ailəsi isə onun bir neçə gündür saxlanıldığı barədə məlumat əldə edə bilmədiklərini bildirib. Dubay Prokurorluğu hadisə ilə bağlı istintaqın davam etdiyini açıqlayıb və uşaqların maraqlarının qorunmasının prioritet olduğunu vurğulayıb. Xatırladaq ki, keçmiş azərbaycanlı milli gimnast olan Zeynəb Cavadlı daha əvvəl yayımladığı videomüraciətdə uşaqlarının əlindən alınacağından ehtiyat etdiyini bildirmişdi. O, məhkəmə qərarları səbəbindən evinə basqın ediləcəyi və uşaqlarının zorla aparılacağı barədə xəbərdarlıq aldığını iddia etmişdi. Fidan Milli.Az

Şərh verin