Afaq Bəşirqızı 14-cü dəfə əməliyyat olundu
Xalq artisti Afaq Bəşirqızı 14-cü dəfə əməliyyat olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Xalq artisti Moderator.az-a danışıb. “Cərrahiyyə əməliyyatı dünən səhər saat 10-da baş tutdu. Axşam saat 8-də həkimin köməkliyi ilə ayağa qalxıb gəzdim. Bu mənim üçün ən böyük sevincdir. Mən indiyə qədər bədənimin ayrı-ayrı hissələrində 14 əməliyyat keçirmişəm”, - aktrisa bildirib. Qeyd edək ki, A.Bəşirqızı uzun müddətdir ayaqlarında yaranan problemlərə görə yeriməkdə əziyyət çəkir.

Şərh verin