İbrahim Tatlıses yenidən xəstəxanaya yerləşdirildi

Türkiyə musiqisinin tanınmış simalarından olan İbrahim Tatlıses yenidən səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. Milli.Az xəbər verir ki, bir müddət əvvəl müalicəsini tamamlayaraq evə qayıdan 78 yaşlı sənətçi bu dəfə Ankaradakı tibb müəssisələrindən birində həkim nəzarətinə götürülüb. Xatırladaq ki, məşhur ifaçı aprel ayında ağır infeksiya diaqnozu ilə xəstəxanaya müraciət etmişdi. Daha sonra öd kisəsində aşkarlanan problem səbəbindən əməliyyat olunan Tatlısesin cərrahi müdaxiləsi uğurlu keçmişdi. Səhhəti nisbətən yaxşılaşdıqdan sonra isə o, aprelin sonlarında evə buraxılmışdı. Asya Milli.Az