“Azərsun Holdinq” beynəlxalq ətraf mühit tədbirini dəstəkləyib
“Azərsun Holdinq” 5 iyun - Dünya Ətraf Mühit Günü 2026 (World Environment Day 2026) münasibətilə Bakı şəhərində keçirilən rəsmi açılış mərasiminin və əlaqədar tədbirlərin dəstəkçilərindən biri kimi ətraf mühitin qorunması və dayanıqlı inkişaf sahəsində həyata keçirilən qlobal təşəbbüslərə öz töhfəsini verib. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun - Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, elm adamları və biznes ictimaiyyətinin nümayəndələri iştirak edərək iqlim dəyişiklikləri, metan emissiyalarının azaldılması, təbii ehtiyatların qorunması və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, ətraf mühitin mühafizəsi və resurslardan səmərəli istifadə “Azərsun Holdinq”in korporativ sosial məsuliyyət və dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Holdinq fəaliyyət göstərdiyi müəssisələrdə ekoloji təsirin azaldılması, enerji səmərəliliyinin artırılması və müasir texnologiyaların tətbiqi istiqamətində ardıcıl layihələr həyata keçirir.

Şərh verin