Kuril adalarında güclü zəlzələ baş verib
İyunun 6-da səhər Kuril adalarının Paramuşir adası yaxınlığında 5 bal gücündə zəlzələ qeydə alınıb. Milli.Az xəbər verir ki, zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 76 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 39 kilometr dərinlikdə olub. Bölgədə sunami təhlükəsi elan edilməyib. Milli.Az

Şərh verin