ABŞ Hörmüzdə İranın 4 PUA-sını məhv etdi

ABŞ ordusu Hörmüz boğazı istiqamətində hərəkət edən azı 4 İran PUA-sını məhv edib. Milli.Az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb. Vurulan PUA-ların hədəfinin kommersiya gəmiləri və ya ABŞ hərbi qüvvələri olduğu ehtimal edilir. Rəsmi Vaşinqton hadisə ilə bağlı hələlik əlavə açıqlama verməyib. Milli.Az