İran ABŞ bazalarını raketlərlə vurdu - Regionda gərginlik artır
İran regiondakı ABŞ hərbi obyektlərinə raket zərbələri endirdiyini açıqlayıb. Milli.Az xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, bu addım ABŞ-nin Sirik və Keşm adalarına hücumuna cavab olaraq atılıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə bildirib ki, İranın Küveyt və Bəhreyn istiqamətinə buraxdığı yeddi ballistik raketin altısı hava hücumundan müdafiə vasitələri ilə məhv edilib, biri isə hədəfə çatmayıb. Bundan əvvəl ABŞ qüvvələrinin Hörmüz boğazı yaxınlığında dörd İran dronunu vurduğu da qeyd olunub. Məlumata əsasən, hadisə nəticəsində ABŞ hərbçiləri arasında itki qeydə alınmayıb və Bəhreyndəki hərbi qərargaha ziyan dəyməyib. Asya Milli.Az

Şərh verin