“Çox tezliklə İranı tərk edəcəyik”
“Çox tezliklə İranı tərk edəcəyik”. “Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Viskonsin ştatında kənd təsərrüfatı bölgələrinə səfəri zamanı çıxış edərkən deyib. O, İranla bağlı prosesin yekun mərhələyə yaxınlaşdığını bildirib və bu məsələnin yaxın zamanda həll ediləcəyini bəyan edib. Tramp vurğulayıb ki, administrasiyasının əsas məqsədlərindən biri İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. “İran məsələsini çox tezliklə arxada qoyacağıq. Bu, ya razılaşma yolu ilə, ya da çox sərt üsulla baş verəcək. Hər iki halda bu məsələ həllini tapacaq”, – deyə ABŞ lideri bildirib. Tramp qeyd edib ki, Vaşinqton İranın nüvə potensialını təhlükə kimi qiymətləndirir və bunun qarşısını almaq üçün müxtəlif addımlar atıb. “Biz nüvə təhdidini aradan qaldırmalı idik. Buna imkan verə bilməzdik. Hesab edirəm ki, bu məqsədə böyük ölçüdə nail olmuşuq və yaxın zamanda nəticələri görəcəksiniz”, – o əlavə edib. ABŞ Prezidenti həmçinin İranla bağlı proses yekunlaşdıqdan sonra ölkədə enerji qiymətlərinin aşağı düşəcəyini deyib və amerikalıları bir qədər səbirli olmağa çağırıb.

Şərh verin