Güclü yağış yolun çökməsinə səbəb oldu
Göygöl rayonuna yağan güclü yağış yollarda çətinlik yaradıb. Milli.Az Report-a istinadla xəbər verir ki, rayonun Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi yola tərəf uçub, iri ağac əraziyə aşıb. Nəticədə, Gəncə-Göygöl-Kəlbəcər yolunda qismən problemlər yaranıb. Hazırda bu istiqamətdə tədbirlər görülür. Milli.Az

Şərh verin