Daşkəsəndə kişini at belində ildırım vurdu
Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub. Milli.Az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb. Kəlbəcər rayon sakini 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub. Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir. Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. Milli.Az

Şərh verin