“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
Türkiyə serial tarixində dərin iz buraxan "Muhteşem Yüzyıl"ın baş qəhrəmanlarını canlandıran Halit Ergenç və Meryem Üzerli uzun müddətdən sonra yenidən bir araya gəlib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyorlar yeni ekran işi olan "İmrozda bahar" filminin afişa çəkilişləri üçün kamera qarşısına keçiblər. Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər tərəfdən maraqla qarşılanıb. Milli.Az

Şərh verin