Millimiz dünya çempionatının yarımfinalında
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinə yüksəlib. Milli.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının 18:16 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, komanda növbəti mərhələdə Fransa - ABŞ cütünün qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları iyunun 7-də baş tutacaq. Milli.Az

Şərh verin