Göygöldə torpaq uçqunu — Avtomobil yolunda çətinliklər yarandı
Göygöl rayonunda yağan güclü yağış ciddi problemlərə səbəb olub. “Qafqazinfo”nun məlumatına görə, rayonun Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi uçub,həmçinin iri ağac əraziyə aşıb. Nəticədə Gəncə-Göygöl-Kəlbəcər yolu qismən bağlanıb. Hazırda problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Yunis Quliyev

Şərh verin