“Qarabağ” Pedro Bikalyo ilə bağlı QƏRARINI VERDİ

"Qarabağ" braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun çalışdığı agentlik məlumat yayıb. Sözügedən agentlik sosial şəbəkə hesablarında bunları qeyd edib: "Yarımmüdafiəçi Pedro Bikalyonun "Qarabağ"la müqaviləsini yenilədik. Komandanın ən vacib oyunçularından biri olan Bikalyo xüsusilə 2025/2026 Çempionlar Liqası mövsümündə Azərbaycan klubu üçün yüksəksəviyyəli oyunlar nümayiş etdirib. Bu yeni fəsildə sizə uğurlar!" Xatırladaq ki, Pedro Bikalyo ötən ilin yayında qoşulduğu "Qarabağ"la 3+1 illik müqavilə imzalamışdı. O, Ağdam klubunda 50 oyuna 1 qol vurub. Milli.Az