ABŞ-də festival zamanı silahlı hücum — Yaralılar var - Anbaan video
ABŞ-nin Ohayo ştatında keçirilən açıq hava festivalı zamanı baş verən silahlı hücum nəticəsində çoxlu sayda insan yaralanıb. “Qafqazinfo”nun məlumatına görə, hadisə yerli vaxtla saat 17:30 radələrində Toledo şəhərində baş verib. Toledo Polis İdarəsinin yaydığı məlumata görə, atışma şəhərdə təşkil olunan “Old West End” festivalının yaxınlığındakı küçədə qeydə alınıb. Hücum zamanı yaralanan şəxslər təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yaralıların sayı və vəziyyəti barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Hadisədən sonra əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub. Hücumun baş verdiyi küçənin giriş və çıxışları bağlanıb, sakinlərdən və festival iştirakçılarından bölgədən uzaq durmaları istənilib. Polis hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışını davam etdirir. Hücumun motivi hələlik məlum deyil. İlkin məlumatlara əsasən, festivalın keçirildiyi ərazidə ardıcıl atəş səsləri eşidilib və izdiham arasında böyük təşviş yaranıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

Şərh verin