İdman zalında ona baxan kişiləri belə İFŞA ETDİ - VİDEO

Sosial şəbəkələrdə yayılan video həm maraq, həm də gülüş doğurub. Milli.Az xəbər verir ki, kadrlarda gənc bir xanımın idman zalında məşq etdiyi anları mobil telefonu ilə qeydə aldığı görünür. Çəkiliş zamanı zaldakı bəzi şəxslərin kameranın işlədiyindən xəbərsiz olduqları iddia edilir. Videoda məşq edən xanıma diqqət yetirən bəzi zal üzvlərinin sonradan çəkiliş aparıldığını fərq etmələri izləyicilərin diqqətini çəkib. Həmin anlar sosial şəbəkə istifadəçiləri tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb. Paylaşım qısa müddətdə geniş yayılıb və minlərlə baxış toplayıb. İzləyicilərin bir qismi görüntüləri əyləncəli hesab etsə də, digərləri şəxsi məkan və məxfilik məsələləri ilə bağlı fikirlərini bölüşüblər. Maraq doğuran video internet istifadəçiləri arasında geniş müzakirələrə səbəb olmağa davam edir. Musa Milli.Az