Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
Ermənistanda başa çatan parlament seçkilərində seçici fəallığı ilə bağlı rəsmi statistika açıqlanıb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə hüququ olan 2 milyon 503 min 976 vətəndaşdan 1 milyon 476 min 597-si seçkilərdə iştirak edib. Bu göstərici ilə Ermənistanda ümumi seçici fəallığı 58,97% təşkil edib. Qeyd edək ki, 2021-ci ilin iyun ayında keçirilən əvvəlki parlament seçkilərində seçici fəallığı 49,4 faiz olmuşdu. Milli.Az

Şərh verin