Bakıda 3 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, iyunun 7-si saat 01 radələrində 2023-cü il təvəllüdlü Məhəmməd Əsgərli yaşadığı Xocalı prospektində yerləşən 16 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılıb. O, binanın 2-ci mərtəbəsində olan dam örtüyünün üzərinə düşüb. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.