Azərbaycan bu Avropa ölkəsində səfirlik açır

Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Milli.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə olunub. İclasda "Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) səfirliyinin təsis edilməsi haqqında" Qanun layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Milli.Az