Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir? - RƏSMİ CAVAB

Dünən yerli vaxtla saat 16:45-də Qobustan stansiyasından 22 km cənub-qərbdə, Şamaxı rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Bəs hazırda ölkədə seysmoloji vəziyyət necədir? Mövzu ilə bağlı Milli.Az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, hal-hazırki saata qədər  fon səviyyəsindədir. "Zəlzələnin dəqiq proqnozu olmadığına və ərazimizin aktiv regionda olmasını nəzərə alaraq birmənalı şəkildə zəlzələ olacaq yoxsa olmayacaq?- kimi fikir söyləmək çətindir. Xırda təkanlar həmişə var. Maqnitudası 3 və 3 dən böyük olan zəif zəlzələlərin vaxtaşırı qeydə alınması isə ərazinin seysmikliyi ilə bağlıdır. Yəni zəif zəlzələlərin narahatçılığı yoxdur", - deyə o qeyd edib. Ayxan Milli.Az