Goranboyda ağır qəza: 2 nəfər öldü

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, hadisə Dəliməmmədli-Qırıxlı yolunda qeydə alınıb. İki "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib./apa Milli.Az