Bulvarda dənizə düşən şəxs xilas olundu
Bakı bulvarında dənizə düşən şəxs xilas edilib. “Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 7-si saat 02 radələrində baş verib. Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Nurlan Babayev Dənizkənarı Milli Parkda dənizə düşüb. Boğulmaq təhlükəsi ilə üzləşən gənci ərazidəki polis əməkdaşları xilas edərək sudan çıxarıb. O, aidiyyəti üzrə təhvil verilib. Araşdırma aparılır.

Şərh verin