Ermənistandan qaçmaq istəyən Çarukyan saxlanıldı - FOTO

Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qagik Çarukyan bu gün ölkəni tərk etməyə cəhd edib. Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, o, Zvartnots beynəlxalq hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. -------- Qagik Çarukyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinin 2-ci bəndi (xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma) ilə cinayət işi başlanıb və ölkədən çıxışına qadağa qoyulub. Qeyd edək ki, Qagik Çarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyası iyunun 7-də keçirilən parlament seçkilərində 3.99 faiz səs toplayaraq mandatsız qalmışdı. Milli.Az