Turanın meyiti tapıldı
İyunun 7-də Araz çayında batan Turan Mirişlinin meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, çayın İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərh verin