Nişanlısını aldadıb sevgilisi ilə tətilə getdi - FOTOlar
Türkiyənin məşhur seriallarından biri olan "Taşacak Bu Deniz"də birlikdə rol alan aktyorlar Ali Öner və Zeynep Atılgan Bodrumda kameralara tuş gəliblər. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yay tətilini Egey sahillərində keçirən cütlük istirahət zamanı görüntülənib. Onların səmimi görüntüləri maqazin gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Ali Öner və Zeynep Atılgan son dövrlər şəxsi həyatları ilə bağlı yayılan xəbərlərə görə də müzakirə olunur. Aktyorun keçmiş nişanlısı Livanur Aydın münasibətlərin bitməsi ilə bağlı açıqlamaları ilə gündəmə gəlmişdi. Bununla bağlı ortaya atılan iddialardan sonra cütlük münasibətlərinin əvvəlki nişan münasibəti başa çatdıqdan sonra başladığını vurğulayaraq xəyanət barədə səsləndirilən fikirləri qəbul etmədiklərini bildirmişdi. Bodrumdan yayılan yeni görüntülər isə cütlüyün münasibətlərinin davam etdiyini bir daha göstərərək sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Musa Milli.Az

Şərh verin