Afət həmkarı ilə qırğına çıxdı: ""YouTube" kanalını bağlatdıracağam"

Müğənni Afət Fərmanqızı daha bir həmkarı ilə qalmaqalla gündəmə gəlib. Milli.Az xəbər verir ki, sənətçi bu dəfə həmkarı Arzu adlı ifaçı ilə mahnı məsələsi üstündə mübahisə edib. O, qarşı tərəfə sərt şəkildə irad bildirərək müəllif hüquqları ilə bağlı xəbərdarlıq edib. Afət Fərmanqızı bildirib ki, onun ifalarının icazəsiz istifadə olunmasına qarşı çıxacaq və bu cür halların davam edəcəyi təqdirdə hüquqi addımlar atıla bilər. Sənətçi həmçinin "YouTube" kanalının bağlanması ilə bağlı şikayət edəcəyini də vurğulayıb: "Mənim mahnımı sildirməyə cəhd etsən sənin "YouTube" kanalını bağlatdıracağam. Onun-bunun popurilərini oxuyub qoyursan, bəs camaat nə etsin? Aşıq Zülfiyyənin 10 mahnısını oxumusan. Müəllif hüququ ilə bağlı şikayət edib kanalını bağlatdıracağam. Ölkədə müğənni qoymamısan, hamının mahnısını oxuyursan, sənə olar, bizə yox?". Sözügedən açıqlama sosial şəbəkələrdə g maraq doğurub və müzakirələrə səbəb olub. Musa