Müğənni Ayaz: “Atam məni belə vurmayıb” - VİDEO
Müğənni Ayaz Babayev səhnədə çıxışı zamanı gözlənilməz hadisə ilə qarşılaşıb. Milli.Az xəbər verir ki, ifa zamanı arxa planda rəqs edən rəqqasələrdən birinin hərəkəti zamanı onun əli təsadüfən müğənninin başına dəyib. Sənətçi həmin anı yumorla qarşılayaraq görüntüləri sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımına "Atam məni belə vurmayıb" şərhini yazaraq vəziyyəti zarafatla dəyərləndirib. Qısa video izləyicilər tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Musa Milli.Az

Şərh verin