Eşşək dişləməsi insan ölümünə səbəb ola bilərmi? - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunda 70 yaşlı kişi ölüb. Kənd sakininin ölümü eşşək dişləməsi ilə əlaqələndirilir. Məlumata görə,o, bir müddət ev şəraitində müalicə alıbmış. Bəs uzunqulaq dişləməsi nəticəsində insan ölümü həqiqətən mümkündürmü? Milli.Az xəbər verir ki, insan nəzəri olaraq eşşək dişləməsindən ölə bilər, amma bu çox nadir haldır. Ölümün səbəbi adətən dişləmənin özü deyil, onun fəsadları olur. Bu güclü qanaxma və ya ağır travma (eşşəklərin çənə gücü kifayət qədər yüksəkdir), yaraya infeksiya düşməsi və sonradan ağırlaşmalar zamanı ya da heyvan quduzdursa baş verə bilər. Eşşək dişlədikdə yara dərhal sabunlu su ilə yuyulmalı, dezinfeksiya edilməli və həkimə müraciət olunmalıdır. Xüsusilə dəri deşilibsə, tetanus peyvəndi və quduzluq riski qiymətləndirilməlidir. Sağlam bir eşşəyin adi dişləməsi birbaşa ölümə səbəb olmur, lakin ciddi xəsarət və ya infeksiya təhlükəsi yarada bilər. Əgər dişləmədən sonra qızartı, şişkinlik, irin, qızdırma və ya güclü ağrı yaranarsa, təcili tibbi yardım almaq lazımdır. Fidan